Azərbayanda dizel yanacağının istehsalı artıb
- 16 oktyabr, 2015
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında neft məhsulları istehsalı sahəsində istehsalın həcmi 1 830,9 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,7% azalıb.
Bu ilin 9 ayında 907 min ton avtomobil benzini, 512,1 min ton ağ neft, 2 128,3 min ton dizel yanacağı, 263,8 min ton yanacaq mazutu, 18,2 min ton sürtkü yağları, 171,9 min ton neft bitumu istehsal olunub.
Ağ neftin istehsalı 2,5%, sürtkü yağlarınınm istehsalı 55,1%, avtomobil benzinin istehsalı 0,5%, neft bitumunun istehsalı 5% azalıb.
Hesabat dövründə dizel yanacağının istehsalı 1,1% və yanacaq mazutunun istehsalı 47,5% artıb.