Azərbaycan Novorossiysk limanından neft ixracını 43% azaldıb

Azərbaycan Novorossiysk limanından neft ixracını 43% azaldıb Bu ilin yanvar-sentyabr aylarında SOCAR şimal marşrutu üzrə 762,6 min ton neft ixrac edib
Energetika
2 Oktyabr , 2014 09:04
Azərbaycan Novorossiysk limanından neft ixracını 43% azaldıb
Bakı. 2 oktyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk (Qara dəniz, Rusiya) boru kəməri ilə 762,582 min ton neft ixrac edib. 

Şirkətdən "Report"a bildiriblər ki, 2013-cü ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə neft ixracının həcmi 42,5% azalıb. Sentyabr ayında həmin boru kəməri ilə neft ixracının həcmi 84,796 min ton təşkil edib. 

Qeyd edək ki, 2013-cü ilin nəticələrinə görə, SOCAR şimal marşrutu ilə 1,751 mln. ton neft ixrac edib. 

Son xəbərlər

Orphus sistemi