Bakı. 16 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycandan 22,788 mln. ton neft ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Report-a bildirilib ki, bu həcmdən gömrük bəyannaməsi ilə 13,129 mlrd. ABŞ dolları həcmində 16,027 mln. ton neft ixrac olunub. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə neftin satışından əldə olunan gəlir 2,18% azalıb.
İxracın ümumi həcmindən 678,728 min ton neft Bakı-Novorossiysk boru kəməri ilə, 2,823 mln. ton - Bakı-Supsa marşrutu ilə ixrac edilib. Həmin dövr ərzində Bakı-Tbilisi-Ceyhan böru kəməri ilə 18,651 mln. ton, dəmir yolu ilə isə 634,802 min ton neft ixrac olunub.
Qeyd edək ki, sayğacların göstəricilərinə əsasən, 2013-cü il ərzində Azərbaycandan neft ixracı 34,245 mln. ton təşkil edib, bundan gömrük bəyannaməsi ilə 20,244 mlrd. dollar məbləğində 24,855 mln. ton neft ixrac edilib.