Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 41% artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 41% artırıb Yanvar-avqust aylarında boru kəməri ilə 4,1 mlrd. kubmetr təbii qaz ixrac olunub
Energetika
19 Sentyabr , 2014 06:50
Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 41% artırıb
Bakı. 19 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Cənubi Qafqaz boru kəməri ilə (CQBK, Bakı-Tbilisi-Ərzurum) 4,1 mlrd. kubmetr təbii qaz ixrac olunub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə CQBK ilə qazın ixracı 41,3% artıb.

Qeyd edək ki, 2013-cü ildə Cənubi Qafqaz boru kəməri ilə qaz ixracı 17,5% artaraq 4,7 mlrd. kubmetr təşkil edib. 

Cənubi Qafqaz boru kəməri ilə Xəzərəin Azərbaycan sektorundakı "Şahdəniz" dəniz qaz-kondensat yatağından hasil olunan qaz ixrac edilir. Qaz Gürcüstan və Türkiyəyə nəql olunur. 

Xatırkadaq ki, "Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə Bakıda 1996-cı il iyunun 4-də imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya olunub. "Şahdəniz" hasilatının pay bölgüsü haqqında müqavilənın iştirakçıları BP (operator - 28,8%), Statoil (15,5%), SOCAR (16,7%), LUKoil (10%), NICO (10%) və TPAO (9%) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi