Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın energetika naziri Almaniya Bundestaqının nümayəndələri ilə görüşüb

    Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniya Bundestaqı İqtisadiyyat və sənaye üzrə Komissiyasının

    Bakı. 17 sentyabr.REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniya Bundestaqı İqtisadiyyat və sənaye üzrə Komissiyasının sədri Peter Ramsauer və İqtisadi əməkdaşlıq üzrə Komissiyasının sədri Doqmar Vöhrlün ilə görüşüb.

    Energetika Nazirliyindən "Report"a verilən məlumata görə, Bundestaqın komissiya sədrləri ilə keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı, iki ölkə arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

    Nazir N.Əliyev Azərbaycan iqtisadiyyatı, ölkənin investisiya və ixrac imkanları, həyata keçirilən iri regional layihələr, sosial sahədə görülən işlər barədə məlumat verib, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafının prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi