Avropada YQA-lara qaz vurulması son 11 ilin rekord həddinə çatıb

Energetika
  • 02 yanvar, 2023
  • 13:56
Avropada YQA-lara qaz vurulması son 11 ilin rekord həddinə çatıb

2022-ci ilin dekabr ayında Avropada yeraltı qaz anbarlarına (YQA) qaz vurulması 2011-ci ildən bəri rekord səviyyədə olub.

“Report” xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb.

İlin sonunda Avropa İttifaqında qazın anbarlara vurulması həcmi 128 milyard kubmetri ötüb.

Dekabr ayında Avropadakı YQA-lar 2,55 milyard kubmetr həcmində doldurulub. Bu da GIE müşahidələrinin mövcud olduğu 2011-ci ildən bəri bu ay üçün rekorddur.