Avropada istilər səbəbindən qaz qiymətləri ən yüksək həddə çatıb

Energetika
  • 21 iyun, 2021
  • 08:36
Avropada istilər səbəbindən qaz qiymətləri ən yüksək həddə çatıb

Avropa ölkələrinin məruz qaldığı isti hava qaz qiymətlərini yeni həddə çatdırıb. Hazırda “mavi yanacağın” 1 000 kubmetri 363 ABŞ dollarına satılır.

Report” Neft-Qaz İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu, Niderlandın TTF habında qeydə alınmış qazın tədarük qiymətidir.

Bu, 2018-ci ilin martından indiyədək ən yüksək göstəricidir.

Xatırladaq ki, 3 il əvvəl Avropada soyuq qış səbəbindən 1 000 kubmetr qazın qiyməti 1 000 ABŞ dollarınadək yüksəlmişdi.

2021-ci ilin yanvarından etibarən TTF habında orta qiymət 1 000 kubmetr üçün 264 ABŞ dolları olub. Rusiyanın qaz ixracatçısı olan “Qazprom”un büdcəsində isə qazın 2021-ci il üçün qiyməti 1 000 kubmetr üçün 170 ABŞ dolları kimi nəzərdə tutulub.

Nəşr qeyd edir ki, isti səbəbindən kondisionerlər üçün enerji sərfiyyatı artıb. Elektrik stansiyaları daha çox qaz sərf etmək məcburiyyətində qalıblar.