Avropa Parlamenti deputatlarının çoxu atom və təbii qazı dayanıqlı enerji mənbələri sırasına daxil etmək təklifinə qarşı çıxıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin iki komitəsinin üzvü və taksonomiyanın tənzimlənməsi üzrə məruzəçi Bask Eykhaut bildirib.
“Bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə çox böyük investisiyalar yatırmalıyıq. “Yaşıl” istiqamət ətraf mühitə və iqlimə zərər vuran enerjinin maliyyələşdirilməsi üçün istifadə edilməməlidir”, - o deyib.
Avropa Parlamentinin üzvü bildirib ki, komitələrin 76 üzvü qazın və atomun uzunmüddətli keçid dövründə dayanıqlı enerji mənbələri kimi qəbul edilməsinə qarşı çıxış edib. 62 nəfər bu təklifi dəstəkləyib, daha 4 nəfər isə bitərəf qalıb.