Bakı. 20 fevral. REPORT.AZ/ “Türkmənistan hökumətinin mühüm üzvünün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasında iştirak etməsi rəsmi Aşqabadın bu marşruta marağını nümayiş etdirən aydın siqnaldır”.
Bunu iclasdan sonra keçirilən mətbuat konfransında "Report"un Trans-Xəzər layihəsinin perspektivi ilə bağlı sualını cavablandıran Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger deyib.
Onun fikrincə, bu layihə ilə bağlı yekun qərarı məhz Türkmənistan verməlidir.
“Azərbaycan təbii qaz hasil edən ölkədir və eyni zamanda təchizat xidmətləri də göstərir. Azərbaycan və