Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi Avropa İttifaqı xarici əlaqələr və təhlükəsizlik siyasəti yüksək nümayəndəsi Yosep Borrel Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.
Energetika
1529
28 Avqust , 2020 18:08
Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etdi

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyəni Aralıq dənizinin şərqində Yunanıstanla ziddiyyətlərlə bağlı birtərəfli addımlardan çəkinməyə çağırıb.

“Report” “Bianet”ə istinadən xəbər verir ki, Aİ-nin 27 üzv ölkəsinin xarici işlər nazirlərinin Berlindəki qeyri-rəsmi görüşü zamanı səsləndirilən bu bəyanatda Aİ rəsmisi həmçinin Türkiyə tərəfini təşkilatla müzakirə etməyə də dəvət edib.

“Sputnik” xəbər verir ki, C.Borrell görüşdə Türkiyəyə qarşı sanksiyalara dair razılığa gəldiklərini açıqlayıb. Belə ki, ilkin olaraq bu ölkəyə aid gəmilərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək nəzərdə tutulur.

Həmçinin Aİ-nin sədrliyini həyata keçirən Almaniya kansleri Angela Merkel də mətbuat konfransı zamanı Aralıq dənizinin şərqindəki böhran məsələsinə toxunaraq üzv ölkələrini Yunanıstanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, ötən ay Türkiyə hökuməti Aralıq dənizinin şərq hissəsində, Kipr adası həndəvərində neft və təbii qaz kəşfiyyatı üçün “Oruc reis” seysmik tədqiqatlar gəmisi üçün "Navtex" (dənizçilərə elan) elanı verərək Yunanıstan və Fransanın sərt reaksiyası ilə üzləşmişdi. Kipr adası yaxınlığındakı kəşfiyyat işlərilə bağlı Türkiyə ilə Yunanıstan arasında bir müddətdir gərginlik yaranıb.

A.Merkelin diplomatik addımları nəticəsində Türkiyə tərəfi adıçəkilən gəmini müvəqqəti olaraq geri qaytarsa da, Yunanıstan Misirlə dəniz sazişi imzaladıqdan sonra Ankara Afinanı sözünü tutmamaqda ittiham edərək bu ay Kipr həndəvərindəki kəşfiyyat işlərinə yenidən davam edib.

Son xəbərlər

Orphus sistemi