Yuxarı

​Avrokomissar: TAP və TANAP Avropa üçün ən əhəmiyyətli layihələrdəndir

Migel Arias Kanyete: Hazırda qazı Avropaya daşıyacaq TANAP və TAP layihələrinin fəaliyyətə başlamasını gözləyirik

Bakı. 8 oktyabr. REPORT.AZ/ Maye qaz (LNG) bazarının inkişaf etməsi Avropaya 2020-ci ildən etibarən illik idxalı 40 mlrd. kubmetrdən 90 mlrd. kubmetrə qaldırmağa imkan verəcək. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarı Migel Arias Kanyete (Miguel Arias Canete) Avropa parlamentində çıxışı zamanı deyib.

M.A.Kanyete çıxışı zamanı Trans-Adriatik boru kəməri (TAP) və Trans-Anadolu qaz kəməri (TANAP) layihələrinin də Avropa ölkələri üçün əhəmiyyət daşıdıqlarını qeyd edib: "Avropa İttifaqı vətəndaşları və şirkətlərini təhlükəsiz və dayanıqlı enerji ilə təchiz etmək Komissiya üçün prioritetdir. Biz regionda uğurlu dəyişikliklərə nail olmuşuq və bununla bağlı bir neçə nümunə də deyə bilərəm. Hazırda illik 10 mlrd. kubmetr qazı Avropaya daşıyacaq TANAP və TAP layihələrinin fəaliyyətə başlamasını gözləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi