Bakı. 19 iyun. REPORT.AZ/ Noyabrın 4-də Astanada (Qazaxıstan) IV Beynəlxalq Xəzər Enerji Forumu keçiriləcək. "Report"un "Caspian European Club"un rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, forum çərçivəsində 13-cü "Xəzər Enerji Mükafatı Astana-2015"in təqdimatı da keçiriləcək.
Məlumata görə, Xəzər Enerji Forumunun açılış mərasimində Qazaxıstanın baş naziri Kərim Məsimov iştirak edəcək.
Sözügedən tədbirdə nazirlər, enerji və iqtisadi bloku təmsil edən dövlət komitələri və agentliklərinin rəhbərləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin beynəlxalq maliyyə strukturları, neft-qaz biznesi, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iri beynəlxalq şirkətlərinin rəhbərlərinin iştirak edəcəkləri də açıqlanıb.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya energetika bazarlarına inteqrasiyasının aspektləri və investisiya cazibədarlıqlarının müzakirəsi planlaşdırılır.
Foruma dəvət edilən Azərbaycan rəsmiləri arasında energetika naziri