Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək Səfər zamanı missiya “Azərişıq” ASC-nin rəhbərliyi və hökumət təmsilçiləri ilə görüşəcək
Energetika
28 Fevral , 2017 15:10
Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gələcək

Bakı. 28 fevral. REPORT.AZ/ Mart ayının ortalarında Asiya İnkişaf Bankının (ADB) enerji missiyası Azərbaycana gələcək. “Report”un əldə etdiyi məlumata görə, missiyaya ADB-nin enerji məsələləri üzrə eksperti Tyanxua Luo (Tianhua Luo) rəhbərlik edir.

Martın 13-17-si tarixlərini əhatə edəcək səfər zamanı missiya “Azərişıq” ASC-nin rəhbərliyi və hökumət təmsilçiləri ilə görüşəcək.

Qeyd edək ki, Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramının birinci tranşının maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan ADB-yə müraciət edib. Ötən il mayın 5-də Bankın Direktorlar Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısı zamanı ADB ilə Azərbaycan hökuməti arasında "Azərişıq" ASC-nin fəaliyyətinin yaxşılaşdırılması üçün dəyəri 1 mlrd. ABŞ dolları olan investisiya müqaviləsi imzalanıb. Memorandumun şərtlərinə görə, 1 mlrd. dollarlıq investisiyanın 25%-ni Azərbaycan hökuməti, 75%-ni ADB təmin edəcək.

Xatırladaq ki, 2016-cı ilin iyulunda həmin layihə ilə bağlı ADB-nin ayırmalı olduğu kredit təsdiqlənib və artıq Bank ilk hissəni (250 mln. dollar) Azərbaycan tərəfinə verib. Növbəti tranş isə 2018-ci ildə baş tutacaq.

Son xəbərlər

Orphus sistemi