Asəf İsmayılov: "Şimal" ES ildə 3,2 mlrd kVt/saat elektrik enerjisi istehsal edəcək"

Asəf İsmayılov: "Şimal" ES ildə 3,2 mlrd kVt/saat elektrik enerjisi istehsal edəcək" Bakıdakı “Şimal” elektrik stansiyası (ES) regionun ən müasir stansiyasıdır. Stansiyada faydalı iş əmsalı 57,4%-ə bərabərdir.
Energetika
7 Sentyabr , 2019 20:33
Asəf İsmayılov: Şimal ES ildə 3,2 mlrd kVt/saat elektrik enerjisi istehsal edəcək

"Bakıdakı “Şimal” elektrik stansiyası (ES) regionun ən müasir stansiyasıdır. Stansiyada faydalı iş əmsalı 57,4%-ə bərabərdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə “Şimal” ES-in direktoru Asəf İsmayılov deyib.

O bildirib ki, 400 MVT gücündəki “Şimal-2” elektrik stansiyasının əsas komponentlərinə qaz və buxar turbinləri, generator daxildir.

“Faydalı iş əmsalı 57,4% olan buxar-qaz qurğusu Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik elektrik stansiyasıdır. Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerjisi istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjisinin buraxılışına 214 qram şərti yanacaq sərf olunacaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir. “Şimal-2” elektrik stansiyasında soyuducu dəniz suyu sahil nasosxanasına sakitləşdirici kanal vasitəsilə daxil olur”, - deyə stansiyanın direktoru əlavə edib.

Son xəbərlər

Orphus sistemi