Artur Rasi-zadə: "Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb"

Artur Rasi-zadə: "Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb" Bunu baş nazir hökumətin hesabatını təqdim edərkən deyib
Energetika
16 Mart , 2018 12:17
Artur Rasi-zadə: Son 14 ildə Azərbaycanda 1,9 mln.-dan çox yeni iş yeri açılıb

Bakı. 16 mart. REPORT.AZ/ Son 14 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1,900 mln. çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Baş nazir Artur Rasi-zadə Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən məlumat verib.

O həmçinin bildirib ki, Azərbaycanda neft-qaz sənayesinin aparıcı rolu davam etməklə ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək.

"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmanın səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub", - hökumət başçısı qeyd edib. 

Son xəbərlər

Orphus sistemi