Bakı. 3 dekabr. REPORT.AZ/ Argentinada neft-qaz sektorunun 23 min işçisi YPFSA Dövlət Neft Şirkətinin 1 600 işçisinin ixtisar edilməsinə etiraz əlaməti olaraq bazar ertəsi 48 saatlıq tətilə çıxacaqlarını elan edib.
“Report” “ Reuters”ə istinadən xəbər verir ki, tətil regionun ən iri yatağı – “Vaka Muerta”da keçiriləcək.
YPF şirkətindən bildiriblər ki, ixtisarlar il ərzində ən az iş saatı olan işçilərə şamil olunub. Həmkarlar İttifaqı isə bu işçiləri öz işlərinə qaytarmağı tələb edir. Hİ-nin nüməyəndələrinin sözlərinə görə, bu sektorda işsizlik yanacağın idxalı ilə bağlıdır.