ARDNF AÇG və “Şahdəniz” layihələrindən 133,8 mlrd. dollar gəlir əldə edib

ARDNF AÇG və “Şahdəniz” layihələrindən 133,8 mlrd. dollar gəlir əldə edib Bakı. 10 may. REPORT.AZ/ İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və Şahdəniz qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 133,815 mlrd. ABŞ dolları daxil olub.
Energetika
10 May , 2018 16:11
ARDNF AÇG və “Şahdəniz” layihələrindən 133,8 mlrd. dollar gəlir əldə edib
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ İndiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından, ümumilikdə, 133,815 mlrd. ABŞ dolları daxil olub.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, 2001-ci ildən bu il mayın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 131,309 mlrd. dollar gəlir əldə olunub. Bu məbləğin 2,823 mlrd. dolları bu il daxil olan vəsaitin payına düşüb.

2007-ci ildən bu il mayın 1-dək “Şahdəniz” yatağı üzrə mənfəət qazının satışından Fonda 2,506 mlrd. dollar daxil olub.

Son xəbərlər

Orphus sistemi