SOCAR-ın 30 minə yaxın əməkdaşı aprel iməciliklərində iştirak edəcək

SOCAR-ın 30 minə yaxın əməkdaşı aprel iməciliklərində iştirak edəcək Yaz mövsümü ilə əlaqədar bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün strukturlarında şənbə iməcilikləri keçirilməkdədir.
Energetika
13 Aprel , 2019 13:25
SOCAR-ın 30 minə yaxın əməkdaşı aprel iməciliklərində iştirak edəcək

Yaz mövsümü ilə əlaqədar bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün strukturlarında şənbə iməcilikləri keçirilməkdədir.

Şirkətdən “Report”a verilən məlumata görə, aprelin 13-də SOCAR rəhbərliyi və baş ofisinin kollektivi Pirallahı rayonunda “Abşeronneft” NQÇİ-nin ərazisində keçirilən iməcilikdə iştirak edib. İməcilik zamanı ərazinin təbii xüsusiyyətlərinə uyğun olan 5 mindən artıq ağac və gül bitkiləri əkilib, mövcud yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilib, ağacların dibləri yumşaldılıb və abadlıq işləri aparılıb.

“Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin kollektivi Pirallahı adasında ekoloji tarazlığın bərpası məqsədilə indiyədək 13,5 hektarlıq mədən ərazisini bioremediasiya üsülu ilə neft şlamından təmizləyib, daxili imkanlar hesabına 18,3 hektarlıq sahəni abadlaşdırıb və həmin sahələrdə 70 mindən artıq ağac, müxtəlif növ gül kolları əkib. Dəniz özüllərində isə quyuların yeraltı və cari təmiri zamanı istifadə olunan lay sularının idarə olunması üçün qurğular quraşdırılıb.

Qeyd edək ki, aprel ayı ərzində keçirilən iməciliklərdə SOCAR-ın müxtəlif idarə və müəssisələrində çalışan təxminən 30 min əməkdaşının iştirakı ilə on minlərlə ağac və gül kolunun əkilməsi, əvvəllər əkilmiş ağac və gül kollarına aqrotexniki qulluq göstərilməsi, habelə abadlıq işlərinin aparılması planlaşdırılır. İməciliklərdə mədən ərazilərinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - şam, çinar, Avropa zeytunu, Eldar şamı, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilir.

Son xəbərlər

Orphus sistemi