​Antalyada keçirilməli olan enerji konfransı təxirə salınıb

​Antalyada keçirilməli olan enerji konfransı təxirə salınıb Gürkan Kumbaroğlu konfransın təxirə salınmasının əsas səbəbi kimi Türkiyədəki siyasi qeyri-müəyyənliyi göstərib
Energetika
21 Oktyabr , 2015 17:25
​Antalyada keçirilməli olan enerji konfransı təxirə salınıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində noyabrın 14-də keçirilməli olan "Avrasiya təbii qaz layihələrində geosiyasi məsələlər, risk və imkanlar" adlı konfrans təxirə salınıb. Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) prezidenti Gürkan Kumbaroğlu "Report"a açıqlamasında faktı təsdiq edib.

G.Kumbaroğlu konfransın təxirə salınmasının əsas səbəbi kimi Türkiyədəki siyasi qeyri-müəyyənliyi göstərib:

"Təəssüf ki, Türkiyədəki mövcud durum konfrans keçirməyimizə uyğun deyil. Növbəti konfransın keçiriləcəyi vaxt dəqiqləşməyib. Seçkilərdən sonra siyasi qeyri-müəyyənliyin aradan qalxmasını gözləyirik. Dekabrda keçirilməsi ehtimalı böyükdür".

Qeyd edək ki, noyabrın 15-16-da Antalyada G20 ölkələrinin sammiti keçiriləcək. Sammitdə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Çin və başqa dövlətlərin birinci şəxslərinin iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi