Almaniya Azərbaycandan neft alışını 5 dəfəyə yaxın azaldıb

Energetika
  • 27 mart, 2024
  • 09:55
Almaniya Azərbaycandan neft alışını 5 dəfəyə yaxın azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Almaniyaya 82 min 611,02 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 52 milyon 283,35 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,73 dəfə, dəyəri isə 4,76 dəfə azalıb.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,8 % olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti