Yuxarı
    Bağlamaq

    Nazir: "Hasilatın dondurulmasına Rusiyanın bütün neft şirkətləri qoşulacaq"

    Neft şirkətləri ilə danışıqlar aparılır

    Bakı. 17 oktyabr. REPORT.AZ/ "Rusiya Energetika Nazirliyi hesab edir ki, ölkənin bütün neft şirkətləri hasilatın müəyyən səviyyədə dondurulmasında iştirak edəcək".

    “Report” xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

    Nazir qeyd edib ki, bu, həm neft şirkətləri və həm də büdcə üçün faydalıdır. “Biz neft şirkətləri ilə işləyirik, məsləhətləşmələr aparırıq. Hesab edirik ki, onlar hamısı dondurulma prosesində iştirak edəcək. Bu ilin əvvəlində şirkətlərlə görüş və məsləhətləşmələrdə razılıq əldə olunub”, - deyə nazir əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi