Aleksandr Novak: "OPEC+ razılığının gələcək taleyi barədə qərar may-iyun aylarında verilə bilər"

Energetika
  • 17 mart, 2019
  • 17:39
Aleksandr Novak: OPEC+ razılığının gələcək taleyi barədə qərar may-iyun aylarında verilə bilər

OPEC+ sazişinə qoşulan ölkələrin müddətsiz əməkdaşlığına dair xartiya, nazirlərin aprel ayına planlaşdırılan növbəti görüşündə hazırlanıb yekunlaşdırıla bilər.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

O qeyd edib ki, bu gün görüşlər keçirilib və xartiyaya hazırlıq məsələsi müzakirə olunub.

Nazir OPEC+ əməkdaşlığının müsbət nəticələrinin olduğunu bildirib.

"Dekabr ayında hasilatın azaldılması ilə bağlı qəbul olunmuş qərar göstərdi ki, bu, düzgün qərardır və qəbul olunmuş qərar bazara stabillik gətirib. Biz vəziyyəti monitorinq edə bilərik. OPEC+ razılığının gələcək taleyi ilə bağlı qərarın verilməsini may-iyun aylarında gözləmək olar", - deyə o qeyd edib.

Akeksandr Novak daha əvvəl Rusiyanın aprelin əvvəlində OPEC+ çərçivəsində hasilatı üzərinə götürdüyü həcmdə azalda biləcəyini bildirib.