Aleksandr Novak: "OPEC+ ölkələri ilə əməkdaşlığı 2018-ci ildən sonra da davam etdirmək lazımdır"

Aleksandr Novak: "OPEC+ ölkələri ilə əməkdaşlığı 2018-ci ildən sonra da davam etdirmək lazımdır"
Energetika
19 Noyabr , 2018 12:14
Aleksandr Novak: OPEC+ ölkələri ilə əməkdaşlığı 2018-ci ildən sonra da davam etdirmək lazımdır

Bakı. 19 noyabr. REPORT.AZ/ "OPEC+ çərçivəsində neft bazarının sabitləşdirilməsi üzrə əməkdaşlıq 2019-cu ildə davam edə bilər".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.

Onun sözlərinə görə, şərtlər dekabrın 6-dakı iclasda müzakirə olunacaq.

Bundan əlavə, A.Novak qeyd edib ki, 2018-ci ildən sonra neft istehsal edən ölkələr arasında əməkdaşlığın uzadılması üçün konkret şərtlər yoxdur.

"Ümumiyyətlə, hesab edirik ki, OPEC+ ölkələri ilə əməkdaşlığı 2018-ci ildən sonra da davam etdirmək lazımdır. Fotmatı da dekabrın 6-da keçiriləcək görüşdə müzakirə edəcəyik. Sonda münasibətlərimizi əks etdirəcək sənəd imzalamalıyıq", - nazir söyləyib.