“Avropa İttifaqı Rusiyadan təbii qaz idxalının tam dayandırılması planı üzərində işləyir. Bu plana görə sözügedən enerji resursunun sənaye üçün tədarükü normaya salınmalı, lakin ev təsərrüfatları üçün məhdudlaşdırılmamalıdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson deyib.
Onun sözlərin görə, Aİ mümkün qədər çox qaz ehtiyatı toplamağa çalışır və 2022-ci ildə Rusiyadan tədarükün böyük hissəsini əvəz etmək iqtidarındadır: "Bununla belə, Rusiya qazından tam imtina etmək üçün daha çox işlər görmək lazımdır".
K.Simson Rusiyanın Bolqarıstan, Polşa və Finlandiyaya qaz nəqlini dayandırması barədə danışarkən bildirib: "Elə bir vəziyyətlə üzləşmişik ki, hər bir Aİ ölkəsinə qaz nəqli dayandırıla bilər”.