Aİ: "Rusiya nefti ilə qarışıq yüklər Avropaya buraxılmayacaq"

Aİ: "Rusiya nefti ilə qarışıq yüklər Avropaya buraxılmayacaq" Avropa İttifaqı (Aİ) neft idxalçılarına müqavilələrdə tədarük etdikləri neftin tərkibində Rusiya neftinin olmadığını əks etdirməyi tövsiyə edib. Belə ki, başqa mənşəli neftlə qarışıq halda tədarük olunan Rusiya neftinə də embarqo tətbiq edilir və idxalçıl
Energetika
3 Avqust , 2022 13:35
Aİ: Rusiya nefti ilə qarışıq yüklər Avropaya buraxılmayacaq

Avropa İttifaqı (Aİ) neft idxalçılarına müqavilələrdə tədarük etdikləri neftin tərkibində Rusiya neftinin olmadığını göstərməyi tövsiyə edib. Belə ki, başqa mənşəli neftlə qarışıq halda tədarük olunan Rusiya neftinə də embarqo tətbiq edilir və idxalçılar sanksiya tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyır.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında bildirilir.

“İdxalçılara alış-satış müqaviləsində ixraçatçının həmin neftin tərkibində Rusiya neftinin olmadığı barədə bənd əlavə etmək tövsiyə olunur. Əks halda onlar həqiqəti əks etdirməyən hər hansı bəyanatlara görə məsuliyyət daşıyır”, - sənəddə deyilir.

Rusiya nefti ilə qarışdırma halına yol verməmək üçün kimyəvi təhlillər aparmaq və onun mənşəyini müəyyən etmək tövsiyə olunur.

Sənəddə deyilir ki, qarışıq məhsul Aİ-yə idxal edilirsə, idxalçı Rusiya və qeyri-Rusiya neftinin payını dəqiq müəyyən etməlidir. Bu halda yalnız qeyri-Rusiya neftinin payına uyğun neft boşaldılacaq. Yükün qalan hissəsinin Aİ ərazisinə buraxılmasına icazə verilməyəcək. Yükün tərkibindəki Rusiya neftinin payını müəyyən etmək mümkün olmazsa, partiya bütövlükdə Aİ ərazisinə buraxılmayacaq.

Son xəbərlər

Orphus sistemi