Aİ ölkələri ötən il Azərbaycandan qaz idxalını 5 %-dən çox azaldıb
- 03 mart, 2025
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan qaz idxalını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 % - 466,998 min teracoula (TC) qədər azaldıb.
Bu barədə “Report”a Avropa İttifaqının Statistika İdarəsindən (“Eurostat”) məlumat verilib.
Hesabat dövründə Aİ ölkələrinə Azərbaycandan idxal edilən qazın dəyəri 4 milyard 348,424 milyon avro (illik 29,4 % az) təşkil edib.
2024-cü ildə İtaliya Azərbaycandan 3 milyard 702,483 milyon avro dəyərində (25,6 % az) 388,802 min TC, Yunanıstan və Bolqarıstan isə ümumilikdə 645,941 milyon avro dəyərində 78,196 TC təbii qaz tədarük edib.
Dekabrda Aİ ölkələri Azərbaycandan qaz idxalını 5 % - 42,282 min TC-yə qədər artırıb və bu məqsədlər üçün 504,713 milyon avro (2023-cü ilin dekabr göstəricisi ilə müqayisədə 14,1 % çox) yönəldib.
Eyni zamanda, İtaliya 438,301 milyon avro dəyərində 35,49 min TC, Yunanıstan və Bolqarıstan isə ümumilikdə 66,412 milyon avro dəyərində 6,792 min TC Azərbaycan qazı alıb.
Qeyd edək ki, “Eurostat”ın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan 6,161 milyard avro dəyərində (illik 2,5 dəfə az) 492,9 min TC (2,5 % çox) təbii qaz idxal edib.