Aİ ölkələri ötən il Azərbaycandan 17 milyon tondan çox neft idxal edib

Energetika
  • 10 mart, 2025
  • 10:42
Aİ ölkələri ötən il Azərbaycandan 17 milyon tondan çox neft idxal edib

Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildə Azərbaycandan 17 milyon 271,505 min ton neft idxal edib.

“Report” Avropa İttifaqının Statistika İdarəsindən (“Eurostat”) məlumatlarına istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisindən 14,9 % azdır.

Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük edilən neftin dəyəri 10 milyard 276,667 milyon avro (- 17,1 %) təşkil edib.

Avropa İttifaqı ölkələri arasında ən böyük idxalçıların beşliyi məlum olub: İtaliya - 4 milyard 499,731 milyon avro (- 34,2 %) dəyərində 7 milyon 588,409 min ton (- 32,8 %), Çexiya - 1 milyard 579,415 milyon avro (+ 28,1 %) dəyərində 2 milyon 609,969 min ton (+ 32,8 %), Almaniya - 1 milyard 47,880 milyon avro (+ 39,7 %) dəyərində 1 milyon 768,021 min ton (+ 46,9 %), Xorvatiya - 910,843 milyon avro (+ 30,3 %) dəyərində 1 milyon 549,704 min ton (+ 34,6 %), Portuqaliya - 690,122 milyon avro (+ 1,7 dəfə) dəyərində 1 milyon 132,704 min ton (+ 1,8 dəfə) neft idxal edib.

Dekabrda Aİ ölkələri Azərbaycandan 991,484 milyon avro (+ 2,1 %) dəyərində 1 milyon 790,239 min ton neft (+ 11,1 %) alıb. O cümlədən İtaliya - 320,559 milyon avro dəyərində 588,774 min ton, Almaniya - 159,334 milyon avro dəyərində 286,672 min ton, Yunanıstan - 131,59 milyon avro dəyərində 238,957 min ton, Çexiya - 134,667 milyon avro dəyərində 233,834 min ton neft alıb.

44 - Tezliklə