Ağcabədinin Bilağan kəndinə təbii qaz verilib

Ağcabədinin Bilağan kəndinə təbii qaz verilib Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib.
Energetika
18 Sentyabr , 2018 15:22
Ağcabədinin Bilağan kəndinə təbii qaz verilib
azeriqaz104.az
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 165 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 690 metr polietilen və ümumi uzunluğu 9 599 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə tikinti quraşdırma işləri yekunlaşdırılıb istismara qəbul prosesindədir.Tezliklə təbii qazın verilişi təmin ediləcək. 

Son xəbərlər

Orphus sistemi