ADB Azərbaycanın elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması üçün növbəti kredit tranşı ayıracaq

ADB Azərbaycanın elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması üçün növbəti kredit tranşı ayıracaq Bakı. 25 oktyabr. REPORT.AZ/ “Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair investisiya proqramı ilə bağlı kredit müqaviləsi çərçivəsində biz Azərbaycanla 2 il öncə müqavilə imzalamışıq. Artıq I tranş köçürülüb. II tranşın köçürülməsi üçün danışıqlar gedir”.
Energetika
25 Oktyabr , 2018 09:13
ADB Azərbaycanın elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması üçün növbəti kredit tranşı ayıracaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Asiya İnkişaf Bankının (ADB) maliyyələşdirdiyi elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair investisiya proqramı ilə bağlı kredit müqaviləsi çərçivəsində biz Azərbaycanla 2 il öncə müqavilə imzalamışıq. Artıq I tranş köçürülüb. II tranşın köçürülməsi üçün danışıqlar gedir”.

"Report" xəbər verir ki, bunu ADB-nin vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.

V.Janq Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını da açıqlayıb: "Bu yaxınlarda ADB-nin "Asian Development Outlook" adlı icmalı yeniləndi. Bu il Azərbaycanda ÜDM 1,7% artıb, 2019-cu ildə isə iqtisadi artımın 2% olacağını proqnozlaşdırırıq. Əgər Azərbaycanda özəl sektor inkişaf etdirilsə və investisiyaların həcmi artsa, bu rəqəm 2%-dən daha çox ola bilər".

Son xəbərlər

Orphus sistemi