AÇG layihəsinə bu il 831 mln. dollar xərclənib

AÇG layihəsinə bu il 831 mln. dollar xərclənib Layihəyə sərf olunan vəsaitin təqribən 600 mln. dolları əsaslı məsrəflər olub
Energetika
17 Avqust , 2017 16:51
AÇG layihəsinə bu il 831 mln. dollar xərclənib

Bakı. 17 avqust. REPORT.AZ/ Cari ilin birinci yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 831 mln. ABŞ dolları sərf olunub.

“Report” yataqlar blokunun operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, hesabat dövründə layihəyə sərf olunan vəsaitin təqribən 230 mln. dolları əməliyyat məsrəfləri və 601 mln. dolları əsaslı məsrəflər olub.

Bu ilin ilk yarısında AÇG-yə çəkilən əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5%, əsaslı xərclərin həcmi isə 27% azalıb.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

AÇG-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi