Qazaxıstanın dəniz qazma qurğusu Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərəcək

Qazaxıstanın dəniz qazma qurğusu Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərəcək Abşeron arxipelaqı bölgəsində fəaliyyət göstərəcək “Satti” üzən qazma qurğusunun uyğunlaşdırılması işləri tamamlanmaq üzrədir
Energetika
13 Mart , 2021 13:44
Qazaxıstanın dəniz qazma qurğusu Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərəcək

Abşeron arxipelaqı bölgəsində fəaliyyət göstərəcək “Satti” üzən qazma qurğusunun uyğunlaşdırılması işləri tamamlanmaq üzrədir.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın “QazMwnaiGaz” milli şirkəti bildirib.

Ötən ay SOCAR ilə “QazMwnaiGaz” (QMG) arasında Xəzərin Azərbaycan sektorunda “Satti” qurğusunun müştərək istismarına dair razılıq əldə edilib. Belə ki, tərəflərin törəmə şirkəti olan müvafiq olaraq “Caspian Drilling Company Ltd.” İlə “QMG Drilling & Services” arasındakı birgə fəaliyyət müqaviləsi Abşeron yarımadası yaxınlığındakı dayaz bölgədə “Satti” vasitəsilə iki kəşfiyyat və bir ədəd ehtiyat quyusu qazılmalıdır.

Qeyd edək ki, Qazaxıstanın ilk dəniz qazma qurğusu olan “Satti” 80 metrədək dərinlikdə qazma işləri görmək üçün hazırlanıb və yuxarıda qeyd olunan müqavilə çərçivəsində 2019-cu il iyunun 19-da Bakı yaxınlığına gətirilib. Qurğuda aparılan uyğunlaşdırma işləri nəticəsində 6 000 metrdən artıq dərinlikdə kəşfiyyat quyuları qazmaq mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi