"Abşeron" yatağında platformanın inşasına bu ilin ortasında başlanılacaq

"Abşeron" yatağında platformanın inşasına bu ilin ortasında başlanılacaq Bakı. 20 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron qaz-kondensat yatağı üçün platformanın inşasına bu ilin ortalarında başlanılacaq.
Energetika
20 Fevral , 2018 16:10
Abşeron yatağında platformanın inşasına bu ilin ortasında başlanılacaq
Report

Bakı. 20 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağı üçün platformanın inşasına bu ilin ortalarında başlanılacaq.

“Report” xəbər verir ki, bu barədə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə bildirilib. 

"Abşeron" yatağı üçün platformanın inşası və "Neft daşları"na birləşdirilməsi işlərinin icra müddəti 2018-ci ilin ortasından 2019-cu ilin sonunu əhatə edəcək. İcraçı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyidir.

Platforma Azərbaycanda tikinti meydançasında yığılıb, sonra dənizdə quraşdırılacaq. Platformada elektrik enerjisi istehsal olunmayacaq. Elektrik enerjisi "Neft Daşlarından təmin ediləcək. Platformada daimi məşəl olmayacaq. Lay suları SOCAR-ın "Neft daşları"ndakı qurğularında ayrılacaq və "Dayazsulu Günəşli" yatağında laya vurulacaq.

Layihə çərçivəsində ixrac boru kəmərinin layihələndirilməsi və quraşdırılması da nəzərdə tutulur. Bu işlər də bu ilin ortasından başlayacaq və gələn ilin sonunda yekunlaşacaq.

Uzunluğu 35 km ixrac xəttinin quyu ağzından "Neft Daşları"nda xüsusi qəbuledici platformaya körpü vasitəsilə birləşdirilməsi və quraşdırılması nəzərdə tutulur. İxrac boru kəməri "İsrafil Hüseynov" adına borudüzən gəmi və yaxud "Azərbaycan" qaldırıcı kranı istifadə olunmaqla quraşdırılacaq. Sualtı kabelin istismarı zamanı su dənizə buraxılmayacaq, hasilat xəttinə vurulacaq. Əməliyyatların aparılması zamanı kimyəvi maddələr quyuya vurulacaq. Boru xətti 5 ildən bir təmizlənəcək.

Son xəbərlər

Orphus sistemi