ABŞ şirkətləri neftin ixracına dair qadağanın ləğvini tələb edir

ABŞ şirkətləri neftin ixracına dair qadağanın ləğvini tələb edir Son 3 il ərzində ABŞ-da gündəlik neft istehsalının həcmi 51 faiz artıb
Energetika
14 Mart , 2015 03:42
ABŞ şirkətləri neftin ixracına dair qadağanın ləğvini tələb edir

Bakı. 14 mart. REPORT.AZ/ ABŞ-ın neft sənayesinin 11 aparıcı şirkəti Ağ Ev-ə müraciət ünvanlayaraq, ölkədə 40 ildir tətbiq olunan xam neftin ixracına dair qadağanın ləğv edilməsini tələb edib.

"Report"un RBK saytına istinadən verdiyi xəbərə görə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) 1970-ci illərdə karbohidrogen ehtiyatların qiymətini artırması nəticəsində ABŞ-ın daxili bazarında ciddi neft qıtlığı yaranmışdı. Buna cavab olaraq ABŞ höküməti xam neftin ixracına embargo qoymuşdu.

Qeyd edək ki, son 3 il ərzində ABŞ-da gündəlik neft istehsalının həcmi 51 faiz artıb. Xarici bazarlara çıxışı olmayan Amerika şirkətləri üçün bu proses ciddi gəlir itkisi ilə müşahidə olunur. 

Son xəbərlər

Orphus sistemi