​ABŞ neftinin qiyməti 41 dollara yaxınlaşır

​ABŞ neftinin qiyməti 41 dollara yaxınlaşır "Brent" markalı neftin qiyməti isə 48,7 dollar/barelə düşüb
Energetika
18 Avqust , 2015 09:15
​ABŞ neftinin qiyməti 41 dollara yaxınlaşır

Bakı. 18 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,63 dollar və ya 1,48% ucuzlaşaraq 41,87 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,92% yaxud 0,45 dollar azalaraq 48,74 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi