ABŞ-ın Energetika Nazirliyi "WTI" və"Brent" markalı neftin qiymətinə dair proqnozlarını açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi "WTI" və"Brent" markalı neftin qiymətinə dair proqnozlarını açıqlayıb Qurum qiymətlərin 50-53 dollar civarında dəyişəcəyini proqnozlaşdırır
Energetika
7 İyun , 2017 14:17
ABŞ-ın Energetika Nazirliyi WTI vəBrent markalı neftin qiymətinə dair proqnozlarını açıqlayıb

Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ-ın Energetika Nazirliyinin 2017-ci ildə "WTI" və "Brent" markalı neftin qiymətləri üzrə proqnozu demək olar dəyişməyib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, qurum "WTI" markalı neftin bu il üçün orta qiymətini 50,78 dollar/barrel (əvvəlki proqnozdan 0,01 dollar çox), "Brent" markalı neftin bu il üçün orta qiymətini isə 52,69 dollar/barel (əvvəlki proqnozdan 0,09 dollar çox) həddində proqnozlaşdırır. 

Nazirliyin 2018-ci ildə "qara qızıl"ın qiyməti ilə bağlı proqnozu isə xeyli azdır. Belə ki, "WTI" və "Brent" markalı neftin gələn il orta qiymət proqnozu 1,49 dollar/barel azaldılaraq müvafiq olaraq 53,61 və 55,61 dollar/barelə endirilib.

ABŞ Energetika Nazirliyi həmçinin ABŞ-da 2018-ci il gündəlik neft hasilatı proqnozunu 50 min barel artıraraq 10,01 mln. barelə çatdırıb.

Son xəbərlər

Orphus sistemi