ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışır

ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışır Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ İrandan neft ixracının tamamilə dayandırılması üçün səylərini davam etdirir.
Energetika
15 Oktyabr , 2018 18:27
ABŞ İranın neft ixracını tamamilə məhdudlaşdırmağa çalışır

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ İrandan neft ixracının tamamilə dayandırılması üçün səylərini davam etdirir.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk bildirib. 

Onun sözlərinə görə, Ağ Ev hazırda neft bazarında tarazlığın bərqərar olduğu qənaətindədir: “İranın neft ixracını tezliklə tam şəkildə məhdudlaşdırmaq məqsədimiz olaraq qalır. Buna nail olmaq üçün biz İran neftinin idxalını getdikcə azaldan ölkələrlə işləyirik”.

“Enerji bazarının sabit qalacağına əminik. Hazırda bazar tarazdır və yüksək səviyyədə təmin olunub. Neft istehsalçıları ilə bundan sonra da yaxın təmasda olacağıq”, - deyə ABŞ rəsmisi əlavə edib. 

Xatırladaq ki, rəsmi Vaşinqton bu ilin may ayında İranın nüvə proqramına dair razılaşmadan çıxıb. Bundan sonra ABŞ bəyan edib ki, İrana, eləcə də bu ölkə ilə əməkdaşlıq edən 3-cü ölkələrə qarşı sanksiyalar bərpa ediləcək. Bu il avqustun 7-dən ABŞ-ın İrana qarşı sanksiyalarının bir hissəsi bərpa edilib, neft sənayesini əhatə edən digər sanksiyaların isə noyabrın 4-dən qüvvəyə minəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi