ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yeniləyib

ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yeniləyib ABŞ Enerji Departamenti “Brent” markalı neftin qiymətinə dair 2020-ci il üçün proqnozunu 41,4 dollardan 41,9 dollaradək nartırıb.
Energetika
10 Sentyabr , 2020 13:39
ABŞ hökuməti “Brent” markalı neftin qiymətinə dair proqnozunu yeniləyib

ABŞ Enerji Departamenti “Brent” markalı neftin qiymətinə dair 2020-ci il üçün proqnozunu 41,4 ABŞ dollardan 41,9 ABŞ dollaradək artırıb.

“Report” Enerji Məlumatları Administrasiyasının (EİA) dünənki hesabatına istinadən xəbər verir ki, bunun əsas səbəbi şistli yataqlarda qazma işlərinin artırılmasıdır. Hərçənd ABŞ-da neft hasilatının həcmi böhrandan əvvəlki səviyyəyə nə bu il, nə də 2021-ci ildə çatacaq.

Cari ilin yaz aylarında 12,7 milyon bareldən 10 milyon barelədək azalan gündəlik neft hasilatının avqust ayında 10,8 milyon barelədək artıb. “Bu artım əlverişli qiymət dəyişikliklərinə cavab olaraq operatorların çətin şəraitə malik yataqlarda qazma işlərini yenidən bərpa etmələrilə bağlıdır”, – EİA-din hesabatında qeyd olunub. Hasilat artımına Laura qasırğası üzündən Meksika körfəzindəki bir sıra platformların bağlanması da mane olmayıb.

Sənəd müəlliflərinə görə şelflərdəki qazma işlərinin bərpa olunması nəticəsində bu ay gündəlik hasilatın 11,2 milyon barelə çatacaq. Bununla belə, sonrakı dövrdə, 2021-ci ilin birinci yarısının sonunadək hasilat həcmi bir qədər azalaraq 11 milyon barel səviyyəsindən bir qədər aşağı bərqərar olunacaq, “çünki yeni qazma fəaliyyətləri nəticəsində əldə ediləcək hasilat həcmi əvvəlki azalmanı əvəzləyə bilməyəcək”.

Bütövlükdə ABŞ-da cari il hasilatın gündəlik həcmi 11,4 milyon, 2021-ci ildə 11,1 milyon barel həcmində gözlənilir. Halbuki 2019-cu ildə bu göstərici orta hesabla 12,2 milyon barel olub.

Son xəbərlər

Orphus sistemi