ABŞ, İsrail qazını Şərqi Aralıq dənizindən Yunanıstana daşıyacaq "EastMed" boru kəməri ilə bağlı şübhələrini dilə gətirib.
“Report” xəbər verir ki, adının açıqlanmasını istəməyən Dövlət Departamentinin sözçüsü “Anadolu” agentliyinə bildirib ki, Bayden administrasiyası, ABŞ dəstəyinin karbon tutumlu mənbələrə yönəlməməsini və təmiz enerji keçidin sürətləndirdiyi zamanda gələcəkdə belə aktivlərin çətin vəziyyətə düşməməsi üçün yeni ənənəvi yanacaq infrastruktur layihələrinə tənqidi yanaşır.”
“EuroAfrica" və "EuroAsia" interkonnektorları daxil olmaqla ABŞ-ın dəstəklədiyi bir sıra enerji layihələri təkcə həyati əhəmiyyətli enerji bazarlarını birləşdirmir, həm də regionu təmiz enerji keçidinə hazırlamağa kömək edir.
Biz enerji təhlükəsizliyinə töhfə verən və təbii qaz tədarükünü şaxələndirən bəzi mövcud layihələri, məsələn Aleksandroupolidə LNG saxlanması və yenidən qazlaşdırılması qurğusu (FSRU) və Bolqarıstan (İGB) və Şimali Makedoniyanı birləşdirən interkonnektorları dəstəkləyirik. Bu layihələr, "EastMed"dən çox daha tez və aşağı qiymətə başa çatdırılacaq”, - deyə sözcü bildirib.
Yanvarın 11-də ABŞ-ın Afinadakı səfirliyi Bayden administrasiyasının “diqqətimizi həm qaz, həm də bərpa olunan enerji mənbələrini dəstəkləyə bilən elektrik birləşdiricilərinə yönəldirik” dedikdə, ABŞ “EastMed”ə dəstəyini rəsmi olaraq geri götürüb.
Xatlırladaq ki, Yunanıstan, İsrail və Kipr-Yunan administrasiyası, 2020-ci ildə İsrail ve Yunan Kiprinə, Kritə, Yunanıstana və nəhayət İtaliyaya birləşdirəcək 1900 kilometr (təxminən 1 200 mil) təbii qaz boru kəmərinin tikintisinə dair razılaşma imzalayıblar.
Bir çox ekspertlər kəmərin Türkiyədən keçəcəyi təqdirdə təbii qazın nəqlinin təxmini dəyərinin üç dəfə ucuz olacağını bildirib. Ankara və Təl-Əviv Türkiyə üzərindən belə qaz nəqli ilə bağlı danışıqlara hazır olduqlarını bildirsələr də, danışıqlar heç vaxt baş tutmayıb.