Yuxarı
    Bağlamaq

    ABŞ-da qazma qurğularının sayı 18 ədəd artaraq 712-yə çatıb

    Neft hasilatı qurğularının sayı 566 ədəd təşkil edib

    Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-da yanvarın 27-də başa çatan həftə ərzində qazma qurğularının sayı 18 ədəd artaraq 712-yə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "Baker Hughes" şirkətinin məlumatında bildirilir.

    Xüsusilə, neft hasilatı qurğularının sayı 566 ədədə (bu göstərici ardarda 13 həftədir ki, artır), qaz hasilatı qurğularının sayı isə 145 ədədə çatıb.

    Kanadada həftə ərzində qazma qurğularının sayı 3 ədəd artaraq 345-ə çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi