ABŞ-da neft hasilatı oktyabrdan sonra ilk dəfə azalıb

ABŞ-da neft hasilatı oktyabrdan sonra ilk dəfə azalıb Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-da 16-22 dekabr həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.
Energetika
29 Dekabr , 2017 09:49
ABŞ-da neft hasilatı oktyabrdan sonra ilk dəfə azalıb

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ-da 16-22 dekabr həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.

"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.

Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 4,6 mln. barel və ya 1,05% azalaraq 431,9 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 3,75 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları ötən həftə 6,5 mln. barel azalma göstərib.

Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 1,35 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 591 min barel və ya 0,26% artaraq 228,3 mln. barelə çatıb. Ötən həftə benzin ehtiyatları 1,2 mln. barel artıb.

ABŞ-da hesabat həftəsində neft hasilatı son 2 ayda ilk dəfə olaraq 35 min barel və ya 0,36% azalaraq 9,754 mln. barel/gün təşkil edib və tarixi rekord səviyyədən geriləyib. Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 66 dollar/barelə yüksəlib.

"Report"un analitik qrupu bildirir ki, neft qiymətləri yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin 55-70 dolalr/barel diapazonuna olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi