ABŞ-da neft ehtiyatlarının kəskin azalması nefti bahalaşdırıb

ABŞ-da neft ehtiyatlarının kəskin azalması nefti bahalaşdırıb "Brent" markalı neftin qiyməti 56 dollar/barelə yaxınlaşır
Energetika
21 Dekabr , 2016 11:13
ABŞ-da neft ehtiyatlarının kəskin azalması nefti bahalaşdırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti ABŞ-da neft ehtiyatlarının 10-16 dekabr hesabat həftəsində kəskin azalması nəticəsində yüksəlməyə başlayıb. "Report" xəbər verir ki, bununla bağlı Amerika Neft İnstitutu (APİ) hesabat yayıb. 

Məlumata görə, hesabat həftəsində ABŞ-da neft ehtiyatları 4,1 mln. barel azalıb. Analitiklərin proqnozu isə ehtiyatların 2,3 mln. azalacağını göstərirdi. Həftə ərzində benzin ehtiyatları 2 mln. barel, distillat ehtiyatları isə 1,5 mln. barel azalma göstərib. Analitiklər benzin ehtiyatlarının 1,1 mln. barel artacağını, distillat ehtiyatlarının isə 0,9 mln. barel azalacağını ehtimal edirdilər.

Qeyd edək ki, bu gün axşam ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyaları Agentliyinin (EİA) rəsmi statistikası açıqlanacaq. APİ-nin statistikası çox vaxt rəsmi statistikanın proqnozu kimi qəbul edilir. "Reuters" agentliyinin analitiklər arasında apardığı sorğuya əsasən, ABŞ-ın rəsmi neft ehtiyatlarının 10-16 dekabr hesabat həftəsində 2,5 mln. barel və ya 0,52% azalaraq 480,69 mln. barelə düşməsi proqnozlaşdırılır.

Məlumatın açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 0,27% artaraq 55,5 dollar/barelə yüksəlib.

Son xəbərlər

Orphus sistemi