ABŞ-da neft ehtiyatları rekord həddə azalıb

ABŞ-da neft ehtiyatları rekord həddə azalıb Neft bazarı Əlcəzair sammitini gözləyir
Energetika
8 Sentyabr , 2016 11:15
ABŞ-da neft ehtiyatları rekord həddə azalıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 1999-cu ildən etibarən rekord həddə azalıb. "Report", Rusiya KİV-nə istinadən xəbər verir ki, ekspertlər neft ehtiyatlarının 905 mln. barel artacağını proqnozlaşdırdıqları halda Amerika Neft İnstitutunun (APİ) hesabatına görə ehtiyatlar 12,1 mln. barel və ya 2,3% azalaraq 514 mln. barelə geriləyib. Bu açıqlamanın nəticəsində Brent markalı neftin barelinin qiyməti 1,63% artaraq 48,76 dollara yüksəlib. Ekspertlər ehtiyatların azalmasını möhkəm qasırğa səbəbindən işlərin tez-tez dayandırılması ilə əsaslandırıblar. Hesabat həftəsində ABŞ benzin ehtiyatları 2,5 mln. barel azalma göstərib.

Qeyd edək ki, neft qiymətləri bu gün də yüksəlişini davam edir. İnvestorlar, bu gün açıqlanacaq ABŞ energetika nazirliyinin rəsmi hesabatını gözləyir. Neft qiymətlərinə, həmçinin ABŞ-da hasilat həcmi və fəaliyyətdə olan qazma quyularının sayını əks etdirən göstəricilər təsir edəcək. Təbii ki, neft qiymətlərini Əlcəzairdə keçiriləcək növbədənkənar OPEC sammitinin nəticələrinin əsaslı surətdə dəyişdirəcəyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi