ABŞ-da neft ehtiyatları proqnozların əksinə artıb

ABŞ-da neft ehtiyatları proqnozların əksinə artıb Neft qiymətləri 40-55 dollar/barel diapazonunda dalğalanacaq
Energetika
19 İyul , 2017 17:19
ABŞ-da neft ehtiyatları proqnozların əksinə artıb

Bakı. 19 iyul. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 8-14 iyul həftəsində 1,63 mln. barel artım göstərib. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. Analitiklər isə neft ehtiyatlarının 2,1 mln. barel azalacağını gözləyirdilər. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları 5,45 mln. barel azalıb.

Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, iyulun 19-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 3,5 mln. barel azalacağını proqnozlaşdırırlar. Neft ehtiyatlarında azalma onun qiymətinin artmasına gətirib çıxara bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neftin qiyməti Qazaxıstan və Ekvadorun neft hasilatının azaldılması anlaşmasına əməl etməməsi xəbəri ilə düşməyə başlayıb və hazırda 48 dollar/barelə yaxın qiymətə satılır. OPEC-in may ayında keçirdiyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasının uzadılması qərarından bazar iştirakçılarının məmnun olmaması amili, indi isə ABŞ-ın neft ehtiyatları və hasilatın artması xəbərləri nefti ucuzlaşdırmağa başlayıb. Bu səbəbdən, neft qiymətlərinin ilin sonuna qədər 40-55 dollar/barel diapazonunda dalğalanacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi