ABŞ-da neft ehtiyatları həftə ərzində 0,3 faiz azalıb

ABŞ-da neft ehtiyatları həftə ərzində 0,3 faiz azalıb Həmin dövr ərzində neft hasilatı 1,3 faiz artıb
Energetika
25 Yanvar , 2018 04:58
ABŞ-da neft ehtiyatları həftə ərzində 0,3 faiz azalıb

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ-da neftin kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) yanvarın 19-da başa çatan həftə ərzində 1,1 milyon barel və ya 0,3 faiz azalaraq 411,6 mln. barelə çatıb.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin həftəlik icmalında deyilir.

Nazirliyin məlumatına görə, ABŞ-da həftə ərzində neft hasilatı 1,3 faiz və ya sutkada 128 min barel artaraq sutkada 9,878 mln. barelə çatıb.

Ölkənin ən iri terminalı olan Kuşinqdə neft ehtiyatı 3,2 mln. barel azalaraq 39,2 mln. barel təşkil edib.

İdarənin məlumatına görə, ölkədə strateji neft ehtiyatları həftə ərzində 0,2 mln. barel artaraq 664,5 mln. barelə çatıb.

Son xəbərlər

Orphus sistemi