ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb

ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb Amerika Neft İnstitutu (API) ötən həftə ABŞ-da ehtiyatların azalması haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Energetika
10 Noyabr , 2021 10:14
ABŞ-da ehtiyatların azalması nefti bahalaşdırıb

Amerika Neft İnstitutu (API) ötən həftə ABŞ-da ehtiyatların azalması haqqında məlumatı dərc etdikdən sonra dünya bazarlarında neftin qiyməti bahalaşıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.21-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,27% bahalaşaraq, 1 bareli 85,02 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti də 0,05% artaraq, 1 bareli 84,19 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən noyabrın 5-dək olan həftə ərzində ABŞ-da “qara qızıl” ehtiyatı 2,5 milyon barel azalıb. API həmçinin benzin ehtiyatlarının 0,6 milyon barel azaldılması və distillyat ehtiyatlarının 0,6 milyon barel artması barədə məlumat yayıb.

ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər 2,1 milyon barel artım olacağını güman edirdilər.

İnvestorlar ABŞ-dan gələn digər xəbərləri də nəzərdə saxlayırlar. Belə ki, daha əvvəl Ağ Ev qiymət artımının qarşısını almaq məqsədilə neft tədarükünü artırmaq üçün administrasiyanın OPEC+ alyansı ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi