ABŞ-da aktiv neft quyularının sayı cüzi artım göstərib

ABŞ-da aktiv neft quyularının sayı cüzi artım göstərib Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 17-23 fevral həftəsi ərzində 1 ədəd və yaxud 0,12% artaraq 799-a çatıb.
Energetika
24 Fevral , 2018 11:24
ABŞ-da aktiv neft quyularının sayı cüzi artım göstərib

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 17-23 fevral həftəsi ərzində 1 ədəd və yaxud 0,12% artaraq 799-a çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 2 ədəd və yaxud 1,13% artaraq 179 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 3 ədəd və ya 0,3% artaraq 978 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 197 ədəd və yaxud 32,72%, aktiv qaz quyularının sayı 28 ədəd və yaxud 18,54%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 224 ədəd və yaxud 29,7% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,53 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,3% aşağıdır.

Ötən həftələrlə müqayisədə ABŞ-da aktiv neft quyularının sayı ilə yanaşı hasilatda da sabitlik müşahidə edilib. Belə ki, hesabat dövründə ABŞ-ın neft hasilatı 1 000 barel/gün və ya 0,01% azalaraq 10,270 mln. barel/gün təşkil edib.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 3-6 ay ərzində dünya bazarında neftin qiyməti 55-73 dollar/barel diapazonunda dəyişəcək.

Son xəbərlər

Orphus sistemi