ABŞ-da aktiv neft quyularının sayı azalıb

ABŞ-da aktiv neft quyularının sayı azalıb Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 24-29 mart həftəsində 7 ədəd və yaxud 0,9% azalaraq 797-ə düşüb.
Energetika
30 Mart , 2018 09:58
ABŞ-da aktiv neft quyularının sayı azalıb

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 24-29 mart həftəsində 7 ədəd və yaxud 0,9% azalaraq 797-ə düşüb. 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.

Bundan əvvəlki hesabat həftəsində aktiv quyuların sayı 4 ədəd artmışdı.

Hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı isə 4 ədəd və yaxud 2,1% artaraq 194 ədədə çatıb. Qarışıq quyuların sayı 1 ədəd artaraq 2-ə yüksəlib. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 2 ədəd və yaxud 0,2% azalaraq 993 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 135 ədəd və yaxud 20,4%, aktiv qaz quyularının sayı 34 ədəd və yaxud 21,25%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 169 ədəd və yaxud 20,5% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,52 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,5% aşağıdır.

Qeyd edək ki, 17-23 mart son hesabat həftəsində ABŞ-ın neft hasilatının gündəlik həcmi 26 min barel və yaxud 0,25% artaraq 10,43 mln. barel təşkil edib və növbəti rekord səviyyəyə yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 6 ay ərzində dünya bazarında neftin qiyməti 55-73 dollar/barel arasında dəyişəcək.

Son xəbərlər

Orphus sistemi