Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ 2020-ci ilə LNG (mayeləşdirilmiş təbii qaz) üzrə qlobal bazara ixracatçı kimi çıxmaq niyyətindədir.
“Report” “Lenta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında qeyd olunub.
2016-2040-cı illər ərzində ABŞ qazının satışı federal büdcə gəlirini 118 mlrd. dollar artıra bilər.
Məlumatda qeyd edilib ki, ABŞ-da qaz inqilabı ölkəni LNG ixracı üzrə vacib oyunçu olmasına gətirib çıxaracaq.
Qeyd edək ki, ABŞ 1953-cü ildən təbii qazın xalis idxalçısıdır.