Bakı. 11 fevral. REPORT.AZ/ Ötən il ərzində Rusiyanın “İnter RAO” Qrupu Azərbaycandan ümumilikdə 0,121 mlrd. KVt/saat elektrik enerjisi idxal edib.
“Report”un məlumatına görə, bu barədə “İnter RAO” şirkətinin 2018-ci ilin fəaliyyəti ilə bağlı hazırladığı hesabatda deyilir.
Hesabata əsasən, bu, 2017-ci ilin nəticələri ilə müqayisədə 3,5% çoxdur.
Ümumilikdə isə Rusiya 2018-ci ildə qonşu ölkələrdən 4,122 mlrd. KVt/saat elektrik enerjisi idxal edib. Bunun 4,825 mlrd. KVt/saatı Qazaxıstan (-15,9%), 0,097 mlrd. KVt/saatı (-63%) Gürcüstan, 0,052 mlrd. KVt/saatı Litva (-38,9%) və 0,027 mlrd. KVt/saatı Monqolustanın (+17,2%) payına düşüb.
Ötən il ərzində Rusiyanın “İnter RAO” şirkəti Azərbaycan istiqamətinə 0,076 mlrd. KVt/saat elektrik enerjisi ixrac edib. Bu, 2017-ci ilin göstəriciləri lə müqayisədə 20,2% artıma bərabərdir.
Ötən il ərzində Rusiya şirkəti ümumilikdə 16,712 mlrd. KVt/saat elektrik enerjisi ixrac edib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 0,1% çoxdur.
Bu dövr ərzində Finlandiyaya 6,903 mlrd. KVt/saat (+37%), Litvaya 4,415 mlrd. KVt/saat (+41%), Çinə 3,109 mlrd. KVt/saat (-6,3%), Qazaxıstana 1,347 mlrd. KVt/saat (+4,1%), Monqolustana 0,416 mlrd. KVt/saat (+12,1%), Gürcüstana 0,206 mlrd. KVt/saat (-58,8%), Belarusa 0,049 mlrd. KVt/saat (-98,2%) və Ukraynaya 0,045 mlrd. KVt/saat (-52,2%) elektrik enerjisi ixrac edilib.
Qeyd edək ki, 2018-ci ildə “İnter RAO” şirkətinin elektrik enerjisi istehsalı 2017-ci ilin göstəriciləri ilə müqayisədə 1,7% azalaraq 132,508 mlrd. KVt/saat təşkil edib.