Zərdab rayon Təhsil Şöbəsi məktəb direktorunun şagirdə təcavüz etməsi iddiasına münasibət bildirib

Zərdab rayon Təhsil Şöbəsi məktəb direktorunun şagirdə təcavüz etməsi iddiasına münasibət bildirib "O, tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib"
Elm və təhsil
16 Noyabr , 2016 14:31
Zərdab rayon Təhsil Şöbəsi məktəb direktorunun şagirdə təcavüz etməsi iddiasına münasibət bildirib

Bakı. 16 noyabr. REPORT.AZ/ Zərdab rayon Təhsil Şöbəsi məktəb direktorunun şagirdə təcavüz etməsi iddiasına münasibət bildirib.

Qurumdan "Report"a verilən məlumata görə, Zərdab rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü N.Abduləliyeva ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib. 

"Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi başlanılmayıb. Hazırda iş Zərdab Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır. N.Abduləliyeva tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib".

Son xəbərlər

Orphus sistemi